[b]“Qəbələ” – “Qarabağ” matçının rəqəmləri[/b]
21.10.2017 - 00:41
[b]“Qəbələ” – “Qarabağ” matçının rəqəmləri[/b]

Azərbaycan Premyer Liqasında IX tura start verilib. Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyunu oktyabrın 22-də keçiriləcək.

 

“Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşacaq. “Qırmızı-qaralar” son 4 mövsümün çempionu ilə mövsümdə ikinci dəfə görüşəcək. Avqustun 26-da baş tutan səfər matçında 1:2 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri lideri Qəbələ şəhər stadionunda qəbul edəcək.

 

Bu matç iki rəqib arasında 45-ci duel olacaq. İlk dəfə 2006-cı ildə üz-üzə gələn rəqiblər indiyədək 44 dəfə qarşılaşıb. Bu oyunlardan 37-si Premyer Liqa, 7-si Azərbaycan kubokuna təsadüf edib. Bu oyunlarda “Qarabağ” daha çox – 18 qələbə qazanıb.

 

“Qəbələ”nin hesabında isə 10 uğur var. Digər 16 matçda qalib müəyyənləşməyib. Həmin görüşlərdə “qırmızı-qaralar” 40, rəqibi 54 qol vurub. Əyalət klubunun “Qarabağ”ın qapısına vurduğu 40 topa 26 futbolçu imza atıb.

 

Komandanın sabiq üzvü, braziliyalı Dodo hamıdan çox – 5 dəfə bu qarşılaşmalarda qol sevinci yaşayıb. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə rəqib qapısına yol tapıb.

 

Azərbaycan çempionatlarındakı 37 oyunda ağdamlılar 17, qəbələlilər 9 dəfə 3 xal əldə edib. Digər 11 matçda isə komandalar hərəyə 1 xal qazanıblar. 83 qolun vurulduğu Premyer Liqa duellərində rəqib üstünlüyə malikdir - 48:35.

 

“Qəbələ”nin ev matçlarına gəlincə, doğma meydanında 6 qələbəsi olan komanda 8 heç-heçə edib və 7 dəfə uduzub. Meydan sahibləri 23, qonaqlar 23 dəfə fərqlənib.

0