[b]“Neftçi” önünə 3 itki ilə[/b]
21.10.2017 - 10:02
[b]“Neftçi” önünə 3 itki ilə[/b]

Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” matça 3 itki ilə çıxacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gəncə təmsilçisinin 3 futbolçusu qarşılaşmanı buraxacaq.

 

Ötən turda “Zirə” ilə görüşdə sarı vərəqə limitini dolduran müdafiəçi Şəhriyar Əliyev cəzalı duruma düşüb. Yarımmüdafiəçi Samba Diallo və hücumçu İlkin Sadıqov isə zədədən əziyyət çəkirlər. Onlar da bu gün meydana çıxmayacaqlar.

 

Xüsusən də, Diallonun zədəsi ciddidi. “Zirə” ilə qarşılaşmada ayağından xəsarət alaraq əvəzlənən malili futbolçu 2 həftə komandasına kömək edə bilməyəcək. 23 yaşlı oyunçunun topuq oynağında ikinci dərəcəli burxulma aşkar edilib. Onun X turda “İnter”lə matçda iştirakı da sual altındadı.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 15:00-da başlayacaq.

0