[b]“Atletiko”nun Bakıda büdrəməsi bizi təəccübləndirdi” - Monçi[/b]
21.10.2017 - 12:31
[b]“Atletiko”nun Bakıda büdrəməsi bizi təəccübləndirdi” - Monçi[/b]

“Futbol fəlsəfəmə görə, Saulu çox bəyənirəm. O, tam futbolçudu: universaldı, fərqli mövqelərdə yüksək səviyyədə çıxış edə bilir. Klubu ilə bütövləşib və hər zaman nəzərə alınan azsaylı futbolçulardandı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Roma”nın futbol direktoru Ramon Monçi deyib.

 

Komandasının Çempionlar Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirən ispaniyalı mütəxəssis “Atletiko”nun “Qarabağ”la Bakıda qolsuz bərabərə qalmasına da münasibət bildirib. 49 yaşlı klub rəsmisi həmyerlilərindən bu bərabərliyi gözləmədiyini etiraf edib.

 

Ancaq o, “Roma”nın da “Qarabağ”a qarşı çətin anlar yaşadığını vurğulayıb: “Əgər “Çelsi”ni Romada məğlub edə bilsək, növbəti mərhələyə vəsiqə şansımızı artıracağıq. Əks təqdirdə, həlledici oyun “Vanda Metropolitano”da “Atletiko”ya qarşı olacaq. “Atletiko”nun “Qarabağ”la matçda büdrəməsi bizi təəccübləndirdi. Biz də orda əziyyət çəkmişdik. Çempionlar Liqasını böyük bir yarış kimi yaşayırlar. Bununla belə, “Atletiko”nun qələbə qazanacağını düşünürdüm və bunun işimizi çətinləşdirəcəyini bilirdim. Ancaq 3000 km məsafə qət edib Çempionlar Liqası matçına çıxmaq hər zaman çox çətindi”.

 

Qeyd edək ki, qrup mərhələsində növbəti oyunlar oktyabrın 31-də keçiriləcək. Həmin gün “Roma” “Çelsi”ni, “Atletko” isə “Qarabağ”ı qəbul edəcək.

0