[b]“Atletiko” “Qarabağ”ı məğlub etməlidi ki...”[/b]
21.10.2017 - 13:05
[b]“Atletiko” “Qarabağ”ı məğlub etməlidi ki...”[/b]

“Vəziyyət nə qədər gərgin olsa, komanda daha güclü çıxış edər. Düzdü, “Atletiko”nun qrupdakı durumu ürəkaçan deyil. Ancaq qarşıdakı iki ev matçında qələbə qazansalar, vəziyyəti lehlərinə çevirəcəklər”. Apasport.az saytının məlumatına görə, bunu Argentina millisinin sabiq hücumçusu Qustavo Lopes deyib.

 

“Marca” nəşrinə danışan 44 yaşlı mütəxəssis sabiq komanda yoldaşı Dieqo Simeonenin çalışdırdığı “Atletiko”nun Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.

 

Lopes hələ də hər şeyin Madrid təmsilçisinin öz əlində olduğunu iddia edib: “Qrupdakı ilk 3 görüşdə də qələbə qazanmaq üçün əllərinə real imkanlar düşdü. Onların problemi ondadı ki, hesabı aça bilmədikcə əsəbləşirlər və tələskənliyə yol verdikləri üçün uğursuz nəticə göstərirlər. “Roma” ilə görüşdə qalibiyyətə layiq çıxış etdilər. “Qarabağ”la son qarşılaşmada da kifayət qədər qol imkanları yaratdılar. Məncə, narahatlığa əsas yoxdu. Vəziyyətdən çıxmaq üçün öncə “Qarabağ”ı öz meydanlarında məğlub etmədilər ki, bu da mümkündü. Ardından niyə də “Roma”ya öz meydanlarında qalib gəlməsinlər? Bu komanda istənilən halda ürəkaçan futbol sərgiləyir”.

 

Qeyd edək ki, ilk 3 turdan sonra aktivində 2 xal olan “Atletiko” qrupda növbəti görüşünü oktyabrın 31-də “Qarabağ”a qarşı keçirəcək.

0