[b]Milli üzvü oynadı, komandası 1 xal qazandı[/b]
22.10.2017 - 00:01
[b]Milli üzvü oynadı, komandası 1 xal qazandı[/b]

Ukrayna Premyer Liqasında XIII tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” da növbəti matçına çıxıb.

 

Sözügedən komanda doğma meydanda “Veres Rivne” ilə qarşılaşıb. Oyundan qalib müəyyənləşməyib – 1:1.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 10 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.

0