SİZİN REKLAM BURADA

“Ardıcıl qələbələr qazanmalıyıq ki...” – Roman Qriqorçuk

“Çox yaxşı oynadıq. Sevincliyik, qalib gəlmişik, nəticədən razıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Azərbaycan Premyer Liqasının IX turunun son oyununda “Qəbələ” evində “Qarabağ”la qarşılaşıb.

 

Qarşılaşmadan 1:0 hesabı ilə qalib ayrılan “qırmızı-qaralar”ın ukraynalı çalışdırıcısı fikirlərini bölüşüb.

 

- İki oyundu ki, əks-hücumlara bel bağlayırsınız. "Sumqayıt"la matça baxanda bu gün daha parlaq oyun sərgilədiniz. Bundan sonra komandanızın bu taktika ilə oynayacağını düşünmək olar? 
- Oyunumuzu hücum üzərində qururuq. Əvvələr də bu cür çıxış edirdik. Sadəcə, həmin vaxt yaratdığımız şanslardan yararlana bilmirdik.

 

- İlk hissədə top komandanızda olsa da, fasilədən sonra “Qarabağ” oyuna nəzarət etməyə başladı. Bu, nə ilə bağlı idi? 
- Elə oyunlar olub ki, çətinliklə xal qazanmışıq və vacib xallar itirmişik. Bu, yəqin ki, psixoloji məsələ idi. Hesabda irəli olduğun halda psixoloji cəhətdən güclü olmalısan. Bunun üçün ardıcıl qələbələr qazanmalıyıq ki, problem həll olunsun. 

 

- İlqar Qurbanov və Filip Ozobiç nə zaman sıraya dönəcəklər?
- Onların hər ikisində sınıq var idi. Artıq məşqlərə başlayıblar. Qısa müddətdə komandaya qoşulacaqlar. 

 

- Ötən mövsümün gedişində komandanız “Qarabağ”dan 6 xal öndə olsa da, sonradan üstünlüyü əldən verdi. Bu mövsüm “Qəbələ” çempion olmaq gücündədimi?
- Bu barədə düşünmürəm. Mövsümün axırını fikirləşmək lazımsızdı. Növbəti oyunları düşünürük. Komandanın daha yaxşı olması üzərində fikiləşirik.

 

Mənbə: futbolinfo.az

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10