[b]Kamran Ağayev və 11 – 11 – 11[/b]
22.10.2017 - 23:02
[b]Kamran Ağayev və 11 – 11 – 11[/b]

Futbol üzrə Çexiya 1.ci liqasında XI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Zlin”lə qarşılaşıb. Futbolçumuzun komandası matçı darmadağınla qazanıb – 5:1.

 

Matça start heyətində başlayan Ağayev 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, geridə qalan 11 turdan sonra 11 xal toplayan “Mlada Boleslav” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

0