[b]Milli üzvü oynadı, komandası uduzdu[/b]
23.10.2017 - 00:36
[b]Milli üzvü oynadı, komandası uduzdu[/b]

Futbol üzrə İspaniya Sequndasında XI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu “Ximnastik” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Alkorkon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan Eddi 46-cı dəqiqədə meydana çıxıb.

 

Qeyd edək ki, “Ximnastik" geridə qalan 11 oyundan sonra 11 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

0