[b]Premyer Liqada antirekord[/b]
23.10.2017 - 10:04
[b]Premyer Liqada antirekord[/b]

Azərbaycan Premyer Liqasının IX turu mövsümün antirekordu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, baş tutan 4 qarşılaşmada vur-tut 6 qol qeydə alınıb.

 

Bu qolların yarısı Sumqayıtda vurulub. Meydan sahibləri “Zirə”ni 2:1 hesabı ilə yenib. Digər görüşlərin taleyini 1 qol həll edib.

 

“Səbail” “İnter”i, “Qəbələ” “Qarabağ”ı, “Neftçi” “Kəpəz”i minimal hesabla üstələyib. Sonuncular səfərdə, digər iki komanda evdə qalib gəlib.

 

Bir turda cəmi 6 qolun vurulması orta məhsuldarlığın 1,5-ə bərabər olması deməkdi. Bu da mövsümün antirekordunun təkrarıdı. Cəmi 9 turu keçirilən Premyer Liqada üçüncü dəfə bu göstərici qeydə alınır. II və VII turlarda da azarkeşlər 6 qol izləmişdi.

0