[b]“Neftçi”də birgünlük istirahət[/b]
23.10.2017 - 11:35
[b]“Neftçi”də birgünlük istirahət[/b]

Azərbaycan Premyer Liqasında ardıcıl 3 qələbə qazanan “Neftçi” “Sumqayıt”la oyunun hazırlığına sabah start verəcək. Apasport.az saytının məlumatına görə, "Kəpəz” üzərində Gəncə səfərindəki 1:0 hesablı  qələbədən sonra dünən bərpa məşqi keçən “ağ-qaralar” istirahətə buraxılıb.

 

Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının X turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığına birgünlük istirahətdən sonra - sabah start verəcək. Məşq saat 11:00-da başlayacaq. Tərlan Əhmədovun yetirmələri İsmət Qayıbov adına təlim-məşq bazasında hazırlıq keçəcək.

 

Qeyd edək ki, cəza müddəti başa çatmış futbolçu Derlis Meza Kolli də iştirak edə biləcəyi görüş oktyabrın 29-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.

0