“Qızıl oğlan” müəyyənləşdi - FOTO

2017-ci ilin ən yaxşı gənc futbolçusunun adına aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, PSJ-nin hücumçusu Kilian Mbappe digər rəqiblərini qabaqlayıb.

 

İtaliyanın “Tuttosport” nəşrinin keçirdiyi sorğuda Mbappe ilə digər fransalı Osman Dembele (“Barselona”) və braziliyalı Qabriel Jezuş (“Mançester Siti”) mübarizə aparıblar. Jurnalistlər arasında keçirilən səsvermədə qalib gələn Mbappe ötən mövsüm “Monako”da meydana çıxdığı 44 matçda 26 qola imza atıb. 18 yaşlı oyunçu sabiq komandasının heyətində Fransa çempionu olmaqla yanaşı, Çempionlar Liqasında yarımfinala qədər irəliləyib. O, yay fasiləsində icarə əsasında PSJ-yə keçib.

 

Qeyd edək ki, ötən ilin ən yaxşı gənc futbolçusu portuqaliyalı Renato Sançes seçilmişdi.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10