SİZİN REKLAM BURADA

Bakıdakı oyunlarına görə transferə çıxarılırlar

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Atletiko” qış fasiləsində heyətə əl gəzdirəcək. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Dieqo Simeone 2 dəyişiklik etməyi planlaşdırır.

 

“Çelsi”dən transfer edilən Dieqo Kosta yanvardan etibarən madridlilərin formasını geyinə biləcəksə, icarə əsasında “Las Palmas”da çıxış edən Lusiano Vitolo da geri qaytarılacaq. Vitolo “Las Palmas”da istənilən səviyyədə çıxış etməsə də, Simeone onu yenidən ixtiyarında görməkdə maraqlıdı.

 

Əvəzində “Atletiko”nu 2 oyunçunun tərk etməsi gözlənilir. Bunlar yarımmüdafiəçi Nikolas Qaytan və hücumçu Kevin Qameyrodu. İspaniya nəhəngi ötən il adıçəkilən oyunçuların transferi üçün ümumilikdə 50 milyon funt-sterlinq xərc çəksə də, Qameyro və Qaytan heç cür əsas heyətə düşə bilmirlər. Simeone “Qarabağ”la (0:0) qarşılaşmada onların hər ikisini start heyətində meydana buraxmasına baxmayaraq, oyunları argentinalı mütəxəssisi razı salmayıb. Klub rəhbərliyi qış fasiləsində Qameyro ilə Qaytan üçün təkliflər gözləyəcək.

 

Qeyd edək ki, Nikolas Qaytan bu mövsüm “Atletiko”nun heyətində ümumilikdə 8, Kevin Qameyro isə 4 oyunda iştirak edib. Sonuncu La Liqanın geridə qalan turunda “Selta” (1:0) ilə qarşılaşmada qol hesabını açıb.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10