[b]“Mirbağır İsayev hesabatını hələ hazırlamayıb”[/b]
23.10.2017 - 14:58
[b]“Mirbağır İsayev hesabatını hələ hazırlamayıb”[/b]

“Mirbağır İsayev hesabatını hələ hazırlamayıb. Bir neçə gün əvvəl anasının yas mərasimi oldu. Bu səbəbdən hesabatı cümə günü təqdim edəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

 

Avropa çempionatının seçmə mərhələsində Bolqarıstana 2:1 hesabı ilə qalib gəlsə də, İrlandiyaya 0:6, Ukraynaya isə 1:6 hesabı ilə uduzan 17 yaşadək futbolçulardan ibarət millimiz elit-raunda vəsiqə qazana bilməyib. Komandanın baş məşqçisi Mirbağır İsayevin bu gün Məşqçilər Komitəsi ilə görüşü planlaşdırılsa da, bu alınmayıb. 

 

U-21-in çalışdırıcısı Samir Ələkbərovla görüş isə baş tutub. Sadıqov oktyabrın 27-də İsayevlə yanaşı, Ələkbərovla yenidən bir araya gələcəklərini bildirib: “Bu gün Samir müəllim gəldi, onunla söhbətləşdik. Amma köməkçiləri Aslan Kərimov və Cahangir Həsənzadə görüşə qatılmamışdı. Gələcək planlardan danışdıq. Bizə Aslanla Cahangirin də fikirləri maraqlıdı. Məsələn, qapıçı məsələsi ilə bağlı problem haqda Həsənzadənin münasibətini öyrənmək istərdik. Kərimov yeni komanda, yeni futbolçuların müsbət və mənfi tərəflərini deyərdi. Lakin onlar məşqçi kurslarında dərslək keçdikləri üçün bugünkü görüşə gələ bilmədilər və onları işlərindən etmək istəmədik. Ətraflı hesabat almaq üçün cümə günü görüşmək qərarına gəldik”.

 

 

 

 

 

0