“Niyə futbolçular kimi hakimləri də cəzalandırmırlar?” - FOTO
23.10.2017 - 19:54
“Niyə futbolçular kimi hakimləri də cəzalandırmırlar?” - FOTO

PSJ-nin hücumçusu Kilian Mbappe maraqlı açıqlamarla diqqət çəkib. Apasport.az saytının məlumatına görə, gənc oyunçu “Marsel”lə oyundan sonra hakimlər haqqında danışıb.

 

O, referilərin də futbolçular kimi cəzəlandırılmasını istəyib: “Hakimləri günahlandırmaq istəmirəm, çünki onlar da çox böyük təzyiq altında olurlar. Biz onları qərarlarına görə tənqid edə bilmərik. Buna görə də onlara elə gəlir ki, futbolçulardan daha üstündürlər. Bax, əsas problem budur, halbuki, hamımız eyni işi görürük. Düşünürəm ki, komissiya yaradılmalı və buna bir çarə olmalıdı. Neymar oyundan haqsız yerə qovuldu, niyə futbolçular kimi hakimləri də cəzalandırmırlar?”

0