[b]İtaliyalı hücumçu oyun vaxtı meydanda pivə içdi - FOTO[/b]
23.10.2017 - 20:38
[b]İtaliyalı hücumçu oyun vaxtı meydanda pivə içdi - FOTO[/b]

İtaliya millisinin və MLS təmsilçisi “Toronto”nun hücumçusu Sebastyan Covinko maraqlı hərəkətlə diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, o, oyun vaxtı pivə içib.

 

Belə ki, “Toronto”nun “Atalanta Yanyted”lə matçının 60-cı dəqiqəsində qol sevinci zamanı rəqib komanda azarkeşləri onun həmklubu Jozi Altidora plastik qabda pivə atıblar. Covinko isə qabı yerdən götürərək onu içib.

 

Maraqlıdır ki, qarşılaşmanın 84-cü dəqiqəsində italiyalı hücumçu matçda sonuncu qolu vuraraq komandasını məğlubiyyətdən xilas edib. 

0