[b]The Best: İlin yaxşı baş məşqçisi – Zinəddin Zidan[/b]
23.10.2017 - 22:57
[b]The Best: İlin yaxşı baş məşqçisi – Zinəddin Zidan[/b]

FİFA ötən ilin ən yaxşılarını mükafatlandırıb. Apasport.az saytının məlumatına görə,  İngiltərənin paytaxtı Londonda, “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olub.

 

Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib. Ardınca isə ilin ən yaxşı baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

 

Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.

 

Qeyd edək ki, Zidan ötən mövsüm “Real”la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olub.

0