[b]The Best: Bizimkilər kimə səs verib?[/b]
24.10.2017 - 01:44
[b]The Best: Bizimkilər kimə səs verib?[/b]

FİFA 2017-ci ilin ən yaxşılarını seçib. Apasport.az saytının məlumatına görə, Londonda təşkil olunmuş mərasimdə qaliblər öz mükafatlarına qovuşublar.

 

Seçimlərdə azarkeşlərlə yanaşı FİFA-ya üzv olan ölkələrinin milli komandalarının baş məşqçiləri və kapitanları da iştirak ediblər.

 

Azərbaycanı kişilərdən milli komandamızın baş məşqçisi Robert Prosineçki və kapitan Rəşad Sadıqov, eyni zamanda qadınlardan ibarət U-19 yığmamızın baş məşqçisi Vüqar Əsgərli və Sevinc Cəfərzadə təmsil edib. Səsvermədə media nümayəndələri Rasim Mövsümzadə və Lalə Dəmirova da iştirak edib.

 

Onların seçimlərini təqdim edirik.

 

 

Robert Prosineçki

 

Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan (“Real”), 2. Antonio Konte (“Çelsi”), 3. Leonardo Jardim (“Monako”)

 

Ən yaxşı oyunçu: 1. Lionel Messi (“Barselona”), 2. Kristiano Ronaldo (“Real”), 3. Luka Modriç (“Real”)

 

 

Rəşad Sadıqov

 

Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan (“Real”), 2. Massimilano Alleqri (“Yuventus”), 3. Antonio Konte (“Çelsi”)

 

Ən yaxşı oyunçu: 1. Kristiano Ronaldo (“Real”), 2. Neymar (“Barselona”/PSJ), 3. Lionel Messi (“Barselona”)

 

Rasim Mövsümzadə

 

Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan (“Real”), 2. Leonardo Jardim (“Monako”), 3. Massimiliano Alleqri (“Yuventus”)

 

Ən yaxşı oyunçu: 1. Kriştianu Ronaldu (“Real”), 2. Serxio Ramos (“Real”), 3. Canluici Buffon (“Yuventus”)

 

Vüqar Əsgərli

 

Ən yaxşı qadın futbolu baş məşqçisi: 1. Lloris Xavi (“Barselona”), 2. Ralf Kellerman (“Volfsburq”), 3. Nils Nilsen (Danimarka)

 

Ən yaxşı qadın oyunçu: 1. Like Martens (“Barselona”), 2. Jodi Teylor (“Arsenal”), 3. Pernill Harder (“Volfsburq”)

 

 

Sevinc Cəfərzadə

 

Ən yaxşı qadın futbolu baş məşqçisi: 1. Sarina Viqman (Hollandiya), 2. Nils Nilsen (Danimarka), 3. Emma Hayes (“Çelsi”)

 

Ən yaxşı qadın futbolçu: 1. Like Martens (“Barselona”), 2. Pernill Harder (“Volfsburq”), 3. Jodi Teylor (“Arsenal”)

 

Lalə Dəmirova

 

Ən yaxşı qadın futbolu baş məşqçisi: 1. Jerar Preşo (“Lion”), 2. Olivye Eşuafni (Fransa), 3. Xavi Lyorens  (“Barselona”)

 

Ən yaxşı qadın futbolçu: 1. Karli Lloyd (“Hyuston”), 2. Cenifer Marojan (“Lion”), 3. Pernille Harder  (“Volfsburq”)

0