[b]“Səhnə mənim sevimli yerim deyil” - Zidan[/b]
24.10.2017 - 10:00
[b]“Səhnə mənim sevimli yerim deyil” - Zidan[/b]

FİFA tərəfindən 2017-ci ilin ən yaxşı baş məşqçisi seçilən Zinəddin Zidan yenə təvazökar açıqlama ilə yadda qalıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, fransalı mütəxəssis “The Best” adlı tədbirdə qazandığı titula görə futbolçularına minnətdarlıq bildirib.

 

2016-cı ilin yanvarından “Real”ı çalışdıran Zidan “kral klubu”nda nə qədər qalacağı ilə bağlı sualı cavabsız qoyub: “Səhnə mənim sevimli yerim deyil. Daha çox meydanda olmağı xoşlayıram. Artıq 18 aydı “Real”dayam. Burda daha nə qədər qalacağımı bilmirəm, ancaq bu vəziyyət çox xoşuma gəlir”.

 

Son iki ildə “Real”a Çempionlar Liqasını qazandıran 45 yaşlı çalışdırıcı yenə eyni titul uğrunda yarışacaqlarını vurğulayıb: “Üçüncü dəfə Çempionlar Liqasını qazanmaq? Ola bilər. Bunun üçün çalışacağıq. Bu mükafatdan çox məmnunam. Bu, çətin işin bəhrəsidi. Kluba və xüsusən də, futbolçulara minnətdaram. Çünki nəticəni onlar qazanırlar”.

0