[b]“Keynin transfer qiyməti...” – Florentino Peres[/b]
24.10.2017 - 13:17
[b]“Keynin transfer qiyməti...” – Florentino Peres[/b]

“Real”ın prezidenti Florentino Peres “Tottenhem”in hücumçusu Harri Keynin ünvanına tərif yağdırıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Peres ingiltərəli forvardı transfer edəcəkləri ilə bağlı yayılan xəbərləri təkzib edib.

 

Keynə heyranlığını etiraf edən “kral klubu”nun rəhbəri onun transfer qiymətini də açıqlayıb: “Bu fikir hələ də ağlımdan getmir. O, böyük oyunçudu. Üstəlik, hələ gəncdi və inkişaf üçün önündə uzun illər var. Ancaq biz Kərim Benzemadan və bütün komandadan məmnunuq. Keynin qiymətini öyrənmək üçün “Tottenhem” prezidentinə müraciət etməmişəm. Çünki o özü mənə deyib ki, Harrinin transfer qiyməti 250 milyon avrodu”.

 

Qeyd edək ki, bir müddət əvvəl “Real”ın bu keçid üçün ingilislərə 200 milyon avro təklif etdiyi barədə məlumat yayılmışdı.

0