[b]“Azərbaycan çempionatı qeyri-ciddi yarışdı”[/b]
26.10.2017 - 12:39
[b]“Azərbaycan çempionatı qeyri-ciddi yarışdı”[/b]

Həndbol üzrə Belarus millisinin baş məşqçisi Tomaj Çater Azərbaycan çempionatını tənqid edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis yığma üzvü olan Kristina Ozolinanın Bakı klubuna transferini geriyə addım adlandırıb.

 

Belə ki, 26 yaşlı Kristina yeni yaradılan “Azərsu”nun şərəfini qoruyur. Çater bildirib ki, milliləşdirilmiş ukraynalıya bir çox məsləhətlər verilsə də, Azərbaycana yollanıb: “Kristina öz seçimini etdi. Biz uzun müddət onun üçün mübarizə apardıq. Onun Belarus pasportu almasına da nail olduq. Ancaq bütün bunlardan sonra Ozolina belə bir addım atdı. Çox məyusam. Mənim üçün Azərbaycan çempionatı qeyri-ciddi bir yarışdı”.

 

Qeyd edək ki, 2016-cı ilin payızında, dünya çempionatının seçmə mərhələsindən 1 neçə həftə öncə milliləşdirilən Ozolina Belarus millisində 8 oyuna 13 qol vurub. 

0