[b]“Real” 3-cü divizion klubunu penalti ilə yendi[/b] - VİDEO
27.10.2017 - 01:29
[b]“Real” 3-cü divizion klubunu penalti ilə yendi[/b] - VİDEO

İspaniya Kral Kubokunun 1/16 final mərhələsində “Real” “Fuenlabrada” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

“Kral klubu” 3-cü divizion klubu qarşısında hər iki qolunu penalti zərbəsindən vurub.

 

Qeyd edək ki, cavab oyunu noyabrın 29-da keçiriləcək.

 

İspaniya Kral Kuboku

1/16 final, ilk oyun

 

“Fuenlabrada” – “Real” – 0:2

Qollar: Asensio, 63 (pen.), Lukas, 80 (pen.)

0