[b]Azərbaycan çempionu 8 oyunçusu ilə müqaviləni artırdı[/b]
27.10.2017 - 13:58
[b]Azərbaycan çempionu 8 oyunçusu ilə müqaviləni artırdı[/b]

Azərbaycan çempionu “Lokomotiv” yeni mövsüm üçün heyətini formalaşdırmağa başlayıb. Apasport.az saytının məlumatına görə, ölkəmizi “Çelenc Cup”da təmsil edəcək “dəmiryolçular” artıq baş məşqçi və 9 voleybolçu ilə rəsmi müqavilə imzalayıb.

 

Belə ki, avrokubokda debüt edəcək komandanı yeni ildə də Fərid Cəlalov meydana çıxaracaq. Onun köməkçisi Sergey Nikulenko olacaq.

 

Məşqçilər korpusu ilə yanaşı, Asif Əliyev, Kənan Allahverdiyev, Dmitri Baranov, Aleksey Çervyakov, Rəsul İbrahimov, İvan Kazaçkov, Dmitri Obodnikov və Pərviz Səmədovla da müqavilə 1 illik uzadılıb.

 

“Lokomotiv” yeni voleybolçu ilə də anlaşıb. Bu, 16 yaşlı blokçu Ruslan Əliyevdi.

 

Qeyd edək ki, Bakı təmsilçisi “Çelenc Cup”da Kiprin “Apoel” klubu ilə oynayacaq. 

0