[b]“Azəryol” yunanlara əmanət[/b]
27.10.2017 - 15:31
[b]“Azəryol” yunanlara əmanət[/b]

Qadın həndbolçular arasında “Çelenc Cup” turnirinin III təsnifat mərhələsinin hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının gümüş medalçısı “Azəryol”un Lüksemburq “Dudelanj”ı ilə görüşləri yunanıstanlı ədalət təmsilçilərinə həvalə edilib. Noyabrın 18-də və 19-da səfərdə baş tutacaq qarşılaşmalarda Mixail Mertinian və Evangelos Sirepisios söz sahibləri olacaqlar.

 

Görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi funksiyasını isə almaniyalı Frank Böllhoff yerinə yetirəcək. 

0