SİZİN REKLAM BURADA

Məmmədyarov irəliləyir, Rəcəbov geriləyir

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, noyabr üçün müəyyənləşən kişi şahmatçıların “Top-100”ündə Azərbaycanın yenə 4 qrossmeysteri yer alıb.

 

Millimizin aparıcı üzvləri arasında ən yaxşı nəticə bu dəfə də Şəhriyar Məmmədyarova məxsusdu. Təmsilçimiz ötən ayla müqayisədə 2 pillə irəliləyib. Reytinq xalını 2799-a çatdıran Məmmədyarov 4-cü yerdədi.

 

Rauf Məmmədov da mövqeyini yaxşılaşdırıb. Şahmatçımız 8 pillə yuxarı qalxıb. O, 2686 xala malikdi. Millimizin yeganə milliləşdirilmiş üzvü Arkadi Naydiç isə mövqeyini qoruyub. Təmsilçimiz 2700 xalla yenə 44-cüdü.

 

Komandamızın heyətində “Top-100”də yer alan şahmatçılardan yalnız Teymur Rəcəbov geriləyib. 2 rəqibini özündən irəli buraxan qrossmeysterimiz 19-cu pilləyə enib. O, 2741 xala malikdi.

 

Siyahıya isə yenə Maqnus Karlsen başçılıq edir. Norveçli şahmatçı 2837 xala malikdi. İkinci yeri Levon Aronyan (2801, Ermənistan), üçüncü pilləni isə Məmmədyarovla eyni xala malik Fabiano Karuana (2799, ABŞ) tutur.

 

Qadınların “Top-100”ünə isə yığmamızın 3 üzvü düşüb. Günay Məmmədzadə (2393) 67-ci, Ülviyyə Fətəliyeva (2381) 79-cu və Gülnar Məmmədova (2384) 88-cidi. Bu siyahıda 2680 xalla çinli Yifan Hou birincidi.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10