[b]Pxençxan-2018-in məşəli təşkilatçılara verildi[/b]
31.10.2017 - 17:43
[b]Pxençxan-2018-in məşəli təşkilatçılara verildi[/b]

2018-ci ildə Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarının məşəlinin sahibinin dəyişmə mərasimi baş tutub. Apasport.az saytının məlumatına görə, təntənəli yığıncaqda yarışın rəmzi Yunanıstan təmsilçilərindən təşkilatçılara təqdim olunub.

 

İlk məşəl daşıyan yunan xizəkçi Apostolos Angelis olub. Bu funksiyanı ikinci olaraq Cənubi Koreya və “Mançester Yunayted”in sabiq futbolçusu Park Çji Sun yerinə yetirib.

 

Qeyd edək ki, Olimpiada fevralın 9-25-də olacaq. 

0