[b]Şehiçdən Şuşa paylaşımı - FOTO[/b]
04.11.2017 - 13:17
[b]Şehiçdən Şuşa paylaşımı - FOTO[/b]

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, bosniyalı qolkiper feysbuk səhifəsində etdiyi maraqlı paylaşımla yadda qalıb.


O, komanda yoldaşı Elvin Yunuszadə ilə birlikdə “Atletiko” ilə matçdan sonra bir-birini təbrik edərkən çəkilən şəklin fotoşopda işlənmiş versiyasını paylaşıb. Fotoda onların Şuşa qalasına doğru irəlilədiyi əks olunub.

 

Şehiç bu paylaşımı ilə azarkeşlərin rəğbətini qazanıb.

0