[b]Melo yenə dava-dalaşda iştirak etdi - VİDEO[/b]
07.11.2017 - 11:01
[b]Melo yenə dava-dalaşda iştirak etdi - VİDEO[/b]

Braziliya millisinin sabiq üzvü, hazırda “Palmeyras”ın formasını geyinən Felipe Melo yenidən qalmaqalla gündəmə gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hadisə Braziliya A seriyasının XXXII turunda keçirilən “Korintians” – “Palmeyras” matçında baş verib.

 

Birincilərin 3:2 hesabı ilə qalib gəldikləri görüşü ehtiyatda keçirən Melo oyundan sonra rəqib futbolçu ilə dava-dalaşda iştirak edib. Belə ki, qarşılaşmanın ardından dəhlizdə “Korintians”ın oyunçuları ilə mübahisəyə girişən sabiq “Qalatasatay”lı hətta rəqib yarımmüdafiəçi Klaysona yumruq atıb. 34 yaşlı Melonu digər futbolçular çətinliklə sakitləşdiriblər.

 

Klayson mətbuata açıqlamasında həmkarının bu hərəkətinə belə münasibət bildirib: “Məni yumruqla vurmaq istədi. Melo əsl dəlidi. Etdiyi hərəkət bunu göstərir. Bunun başqa izahı ola bilməz”.

0