[b]Messi kəmiyyətdə, Fekir keyfiyyətdə birincidi - VİDEO[/b]
07.11.2017 - 12:40
[b]Messi kəmiyyətdə, Fekir keyfiyyətdə birincidi - VİDEO[/b]

“Böyük beşlik” çempionatlarında cari mövsümdə ən çox driblinq edən futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytı xəbər verir ki, siyahıya “Barselona”nın hücumçusu Lionel Messi başçılıq edir.

 

Argentinalı superulduz 113 driblinq edib ki, bunun 60 faizi uğurlu alınıb. Messinin bu baxımdan ən yaxın izləyicisi Neymardı. Yayda PSJ-yə keçən braziliyalı oyunçu 96 dəfə driblinqlə yadda qalıb. Neymarın keçidlərindən 63 faizi qarşısıalınmaz olub.

 

Üçüncü pillədə isə Dortmund “Borussiya”sının üzvü Kristian Pulişiç qərarlaşıb. Onun 86 driblinqindən 44 faizi uğurlu alınıb.

 

Qeyd edək ki, “onluq”da ən effektli driblinq ustası “Lion”un kapitanı Nabil Fekirdi. O, 61 cəhdinin 72 faizində istəyinə çatıb. 

 

0