SİZİN REKLAM BURADA

“Bakılıların qələbəsi məni çox təəccübləndirmədi”

“Kişi komandalarının yarışı daha maraqlı alındı. Azərbaycan yığması son 8 ildə 3-cü dəfə Avropanın ən yaxşısı oldu”. Apasport.az saytının məlumatına görə, bunu İsrail şahmatçı Emil Sutovski deyib. 


Bakıda doğulan qrossmeyster kişilərdən ibarət Azərbaycan millisinin Avropa çempionatındakı 3-cü çempionluğunu şərh edib.

 

Azərbaycanın “Odlar Yurdu” klubunun üzvü və kapitanı olmuş Sutovski feysbuk səhifəsində qeyd edib ki, komandamızdan bu uğuru gözləyirmiş: “Rauf Məmmədovun fantastik nəticəsi, üstəgəl Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun yaxşı çıxışı Azərbaycana layiqli qələbə qazandırdı. Bakılıların qələbəsi məni çox təəccübləndirmədi. Necə ki, rusiyalıların çempionluğu təəccübləndirməzdi. Raufun da çox yüksək səviyyədə oynamaq iqtidarında olduğunu mən özüm də çoxdan demişdim. Elə ötən il də klublararası Avropa kubokunda birinci lövhəni ona tapşırmışdım. Yeri gəlmişkən, komandaların oyunçularının çıxışı haqda ətraflı yazmaq istəmirəm. Onların çoxu ilə çalışmaq mənə nəsib olub. Amma indiki uğurdan yapışmaq istəmirəm. Çünki istənilən dərin təhlil və ya içəridən baxış məhz belə təsir bağışlayacaq. Yalnız onu deyim ki, bu alqışlara tam layiqdilər”.

 

Sutovski digər yarışlarda qələbə üçün şahmatçılarımıza məsləhətlərini də verib: “Onlar özləri nəticə çıxarmalıdılar ki, Olimpiada və dünya çempionatında da uğur qazansınlar. Çünki ən güclülər məhz orada çıxış edirlər. Şahmat bayramı başa çatdı. Cəmi 1 həftə sonra Qran-prinin son mərhələsi start götürür və yenə “ağ-qara dünya” real dünyaya rənglər qatacaq”. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10