SİZİN REKLAM BURADA

“Gümüş və bürünc medal bizim üçün uğursuzluq olardı” - Qədir Hüseynov

“Avropa çempionatında reytinqimizə görə ikinci pillədə idik. Məqsədimiz həmişəki kimi çox yüksək idi. Avropa çempionu olmaq istəyirdik”. Bunu apasport.az saytına Azərbaycan millisinin şahmatçısı Qədir Hüseynov deyib.

 

Qitə çempionatında yığmanın qazandığı 5 medalın hamısında payı olan qrossmeyster Yunanıstanda başa çatan son yarışı şərh edib. O bildirib ki, bu dəfə çempion olmalarında komandanın güclü heyətə malik olması öz sözünü deyib: “Son 8 ildə Azərbaycan 3 dəfə Avropa çempionu olub, son 6 qitə çempionatında 5 dəfə medal qazanıb. Bu da onu göstərir ki, ölkəmizin komandası həmişə favoritlər sırasındadı. Bu dəfə də Azərbaycan çox gözəl oyun nümayiş etdirdi. Ermənistana qalib gəldik. Onlarla matç həmişə prinsipial keçir. Bunun səbəbini özümüz də başa düşürük. Erməniləri məğlub etdikdən sonra psixoloji baxımdan geri düşdülər və yarışı 12-ci yerdə bitirdilər. Bu da Ermənistan üçün çox uğursuz nəticə idi. Biz isə daha da yaxşı davam etdik. Rusiya üzərində də qələbə qazandıq və Ukrayna ilə heç-heçə Avropa çempionluğumuzu rəsmiləşdirdi”.

 

Hüseynovun sözlərinə görə, Yunanıstanda qızıldan başqa mükafat onları qane etməyəcəkdi: “İstənilən əyarlı medal uğur sayılır. Amma gümüş və bürünc medal bizim üçün uğursuzluq olardı. Ona görə də qarşımıza məqsəd qoymuşduq ki, ya çempionluq, ya da heç nə. Hesab edirəm ki, belə fikirləşmək bizim xeyrimizə oldu. Demək olar ki, biz “va-bank”a getdik və hədəfimizə çatdıq”.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10