SİZİN REKLAM BURADA

Eltac Səfərli işini uğurlu sayır: Həmin xatirələr yadıma düşdü

“Çempionluqların hamısı şirindi. Bunları fərqləndirmək düzgün deyil”. Bunu apasport.az saytına kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Eltac Səfərli deyib.

 

Yığmamız Yunanıstanda keçirilən Avropa çempionatında növbəti qızıl medalını qazanıb. 25 yaşlı Səfərli 3-cü dəfə qitənin ən güclüsü adına yiyələnən millimizin heyətində həm şahmatçı, həm də kapitan kimi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu 2 çempionluğu müqayisə etməyən qrossmeyster uğuru xalqımızın qələbəsi kimi dəyərləndirib: “2009-cu və 2013-cü ildə də çempion olanda bu, nəinki mənim, hər birimizin - Azərbaycan qələbəsi idi. Son 6 Avropa çempionatında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışıq. Bu dəfə yarış bizim üçün çox uğurlu alındı.  2012-ci ildə Krit adasında, məhz həmin zalda dünya çempionu olmuşdum. Orda həmin xatirələr də yadıma düşdü”.

 

Səfərli qələbəyə gedən yoldan danışıb. O bildirib ki, ilk turda İtaliyaya məğlubiyyətə baxmayaraq, birinci yerə çıxa biləcəklərinə inanırmış: “Əlimizdən gələni etdik və qızıl medalı qazandıq. Təbii ki, Ermənistanla matç çox çətin keçdi. İstirahət gününün ertəsi onlarla oynayırdıq. Qarşılaşmaya güclü hazırlaşdıq. Demək olar ki, onlarla 2 lövhədəki görüşlərin əvvəlində böyük üstünlüyə yiyələndik və qələbə qazandıq. Həmin oyundan sonra özümüzə daha çox inanmağa başladıq və sonda növbəti titula yiyələndik”.

 

Səfərli kapitan kimi üzərinə düşən məsuliyyətdən də danışıb: “Yığma üzvlərinə debütlə köməklik göstərirdim. Bir yerdə hazırlaşırdıq, oyundan əvvəl necə taktika qurmağı, necə oynamağı məsləhətləşirdik. Kapitanlığım uğurlu alındı. Hesab edirəm ki, bu, komandanın qələbəsidi”.

 

Qeyd edək ki, Eltac Azərbaycan millisində şahmatçı kimi 1 qızıl və 1 gümüş medal qazanıb. O, kapitan kimi də Avropa çempionu tituluna yiyələnib. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10