SİZİN REKLAM BURADA

Dünya çempionundan millimizə xoş sözlər - FOTO

“Azərbaycan yığmasını üçüncü dəfə Avropa çempionu olduqları, möhtəşəm qələbə qazandıqları üçün təbrik edirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözlər şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpova məxsusdu.

 

“Moskva-Bakı” nəşrinə açıqlama verən rusiyalı qrossmeyster Azərbaycan yığmasının Avropa çempionatındakı uğurunu şərh edib.

 

O, şahmatçılarımız haqda müsbət fikirlər səsləndirib: “Azərbaycan millisinin 8-ci turda Rusiya üzərindəki çoxunun sürpriz kimi qəbul etdiyi inamlı qələbəsi komandanın Avropa çempionatındakı uğurunu müəyyənləşdirdi. Rusiya Azərbaycanla oyunda zəiflik nümayiş etdirdi. Azərbaycanın qələbəsi bir daha göstərdi ki, bu ölkənin şahmat yığması ildən-ildən daha da güclənir. Bu, Azərbaycanın yüksək səviyyəli idman ölkəsi olmasının göstəricisidi. Azərbaycan yığmasında bu cür qələbə əldə etdikləri üçün hər kəsə əhsən düşür. Rauf Məmmədov Avropa çempionatının ən yaxşı şahmatçısı oldu, Teymur Rəcəbov, Eltac Səfərli və digərləri də xoş sözlərə layiqdi”.

 

Karpov millimizin üzvlərindən Şəhriyar Məmmədyarovu xüsusi təbrik edib: “Şəhriyar 6-cı turdan sonra dünya reytinqində Maqnus Karlsendən sonra ikinci sırada qərarlaşmışdı. Bu ilin mayında yeni rekord müəyyənləşdirib. Onun reytinq əmsalı 2801-ə qalxıb. Bu, Azərbaycan şahmat tarixində ilk belə göstəricidi. Şəhriyar reytinqdə çoxdan yüksək pillələrdə qərarlaşıb. O, dünyanın ən yaxşı şahmatçılarından biridi. Şəhriyarın iddiaçılar turnirinə çıxmaq şansına gəlincə, bu gün təxminən eyni səviyyəli 6-7 şahmatçı var. Proqnoz vermək çətindi. Hər biri layiqli şahmatçıdı. Şəhriyara uğur arzulamaq istəyirəm. Yeri gəlmişkən, Azərbaycan yığması ilə yanaşı, Məmmədyarov Rusiyanın “Bravo” komandasında çıxış edir. Bu komandanı bu il mən yaratmışam. Şəhriyarın orda oynaması bizim yığmalar arasında sıx əlaqələr yaradır”.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 13 11 1 1 23-6 34

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 13 4 1 8 9-19 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10