SİZİN REKLAM BURADA

Faiq Həsənov: İndiyədək belə güclü komandamız olmayıb

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun apasport.az saytına müsahibəsi

 

- Artıq həyəcanlı günlər geridə qaldı. Yığmamız 3-cü dəfə Avropa çempionu tituluna yiyələndi. Yarışla bağlı təəssüratlarınız necədi?

- Avropa çempionatına çox uğursuz başladıq. Amma bu, yarışı belə də başa vuracağımız demək deyildi. Uşaqlar hamısı qarşısına məqsəd qoymuşdular ki, əmsallarından aşağı yer olmasın. İlk turdakı məğlubiyyət onları heç də ruhdan salmadı. Əksinə, daha da ruhlandılar. Ona görə ki, həmin günlərdə “Qarabağ” da Madriddə “Atletiko”ya qarşı çox gözəl oyun etdirdi. Bu matç uşaqlara əlavə ruh yüksəkliyi verdi. Həmin görüşdən 1 gün sonra komandamız Ermənistan yığması ilə qarşılaşdı. Bu ruh yüksəkliyi rəqib üzərində qələbəmizdə mənəvi kömək də oldu. Elə dönüş də bu qələbədən yarandı.

 

- Yəqin razılaşarsız ki, millimiz son illərlə müqayisədə ən güclü heyətə malikdi...

- Bəli. Deyərdim ki, bizim hələ belə güclü komandamız olmamışdı. Çox güclüdü. Artıq inam vardı ki, yaxşı çıxış edəcəyik.

 

- Çempionatdan öncə sizdən bu komandanın hansı yeri tutacağı ilə bağlı fikirləriniz soruşulsaydı, cavabınız nə olardı?

- Yalnız “ilk “üçlük”, “medal” deyərdim. Ayrı söhbət ola bilməzdi. Ona görə ki, güclü heyətə malikik. Bir oyunda belə vəziyyətləri çətinə düşmədi. Komanda yarışında görürsən ki, bəzi matçlar uğursuz alınır. Amma bunlarda elə bir oyun olmadı ki, baxıb deyəsən vəziyyət pisdi.

 

- Bəs ilk turda məğlubiyyətdən sonra inam heç azalmadı?

- Adətən ilk turda güclülər zəiflərlə oynayır. İtaliyanın bizə qalib gəlməsi gözlənilməzlik, sensasiya idi. Bu, az qala mümkünsüz idi. Heç kim ağılına gətirmirdi. Buna baxmayaraq, hamımız uğura inanırdıq. Ardıcıl 5 qələbədən sonra aydın oldu ki, son tur böyük əhəmiyyət kəsb etmir. Bizi heç-heçə də qane edirdi. Şahmatçılarımız çox rahat oynadılar. Hətta qalib də gələ bilərdilər. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10