[b]Yığma üzvü həmcinsi ilə evləndi - FOTOSESSİYA[/b]
09.11.2017 - 15:25
[b]Yığma üzvü həmcinsi ilə evləndi - FOTOSESSİYA[/b]

Dünya idmanında növbəti maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Almaniyanın çimərlik voleybol üzrə yığmasının üzvləri Laura Lyudviqlə Kira Valkenhorstun ailə qurmasının ardından basketbolçular da bir-biri ilə evləniblər.

 

Belə ki, qadınlar arasında Amerika Milli Basketbol Liqasında (WNBA) mübarizə aparan Elena Delle Donn uzun müddətdi birlikdə olduğu rəfiqəsi Amanda Kliftonla nikaha girib. WNBA ulduzu olan amerikalıların toyu Nyu-Yorkda baş tutub. Mərasimə kifayət qədər qonaq qatılıb.

 

Qeyd edək ki, ABŞ millisinin və WNBA-nın ulduzu olan Donn bir müddət öncə cinsi azlıq nümayəndəsi olduğunu və Kliftonla birgə yaşadığını açıqlamışdı. 

0