[b]Taekvondoçumuz Mahaçqalada çempion oldu[/b]
10.11.2017 - 16:57
[b]Taekvondoçumuz Mahaçqalada çempion oldu[/b]

Dağıstan Respublikasının paytaxtı Mahaçqalada taekvondo üzrə yeniyetmələr, gənclər və böyüklər arasında yerli "Çempion" klubunun mükafatları uğrunda açıq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda “Neftçi” İdman Klubunun yetirməsi Fidan Vəlizadə fəxri kürsüyə yüksəlib.

 

Yeniyetmə qızlar arasında 41 kq çəki dərəcəsində mübarizə aparan idmançımız turnirin qızıl medalına sahib olub.

0