[b]“Qəbələ”nin idmançısı Los Ancelesdə döyüşəcək[/b]
10.11.2017 - 17:41
[b]“Qəbələ”nin idmançısı Los Ancelesdə döyüşəcək[/b]

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu olan idmançımız noyabrın 11-də nüfuzlu ACB KB-12 turniri çərçivəsində qüvvəsini sınayacaq.

 

Əməkdar idman ustası ABŞ-ın Los Anceles şəhərində baş tutacaq yarışın əsas döyüşlərindən birində qələbə uğrunda mübarizə aparacaq. 77 kq çəki dərəcəsində çıxış edəcək Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşəcək.

 

ACB KB-12-yə Bakı vaxtı ilə səhər saat 6:00-da start veriləcək.

 

Mənbə: gabalafc.az

0