[b]“Ölkə prezidenti mənə zəng edəndə çox təəccübləndilər” – azərbaycanlı dünya çempionu[/b]
11.11.2017 - 01:13
[b]“Ölkə prezidenti mənə zəng edəndə çox təəccübləndilər” – azərbaycanlı dünya çempionu[/b]

Londonda təşkil olunmuş atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanmış Ramil Quliyev maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, Türkiyə adından yarışan azərbaycanlı sprinter çempion olduqdan sonra ölkə prezidenti Rəcəb Tayyip Ərdoğanın ona zəng etməsinin digər iştirakçıların təəccübünə səbəb olduğunu deyib.

 

Quliyev Türkiyədə iştirak etdiyi bir tədbirdə azarkeşlərin suallarını cavablandırıb: “Çempion olduğum yarışdan sonra prezident mənə zəng etdi və təbriklərini çatdırdı. Çox xoşbəxt idim. Digər iştirakçılar kiminlə danışdığımı soruşdular. Ölkə prezidenti deyəndə çox təəccübləndilər. Çünki bu, hər ölkədə olmur. Arxamızda olan güc bizə əlavə motivasiya qazandırır”.

 

Əfsanəvi atlet Useyn Boltun sözügedən yarışa çıxmaması ilə bağlı sualı isə Ramil belə cavablandırıb: “Bolt olsa da, qələbə qazanacaqdım. Çünki yaxşı formada deyildi və ona görə iştirakdan imtina etdi. Bundan daha yaxşı dərəcələrim olacaq. Həmin yarışda nəticə ürəkaçan olamasa da, yekunda qızıl medal qazanmağa kifayət etdi. Hazırda bütün hədəfim Olimpiadadı. Hazırlıqlarmızı onun üstündə qurmuşuq”.

0