SİZİN REKLAM BURADA

Neymar mətbuat konfransında ağladı - VİDEO

Braziliya yığmasının hücumçusu Neymar mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb onun PSJ-də baş məşqçi Unai Emeri ilə münasibətlərinin pis olması ilə bağlı xəbərlərin yayılmasıdı.

 

Braziliya millisinin Yaponiya ilə keçirdiyi yoldaşlıq görüşündən (3:1) sonra təşkil edilən mətbuat konfransında bu məsələyə toxunan Neymar bunların həqiqətəuyğun məlumatlar olmadığını bildirib: “PSJ-dəki statistikam göz önündədi. Orda xoşbəxtəm. Meydanda komanda yoldaşlarım üçün hər şeyimi ortaya qoyuram. Ancaq yayılan xəbərlər mənə pis təsir edir. Kavani və ya baş məşqçi ilə heç bir problemim yoxdu. Onsuz da, PSJ-yə Emerinin müsbət rəyi ilə alınmışam. Bu tip xəbərlərə son qoymağınızı istəyirəm. PSJ-yə kömək etmək üçün keçmişəm. Meydandakı vəzifəmin də nə olduğunu bilirəm”.

 

Braziliya yığmasının baş məşqçisi Tite də 1,5 ildi rəhbərliyi altında oynayan Neymarı tərifləyib: “Neymarla problemim olduğu ilə bağlı çıxan xəbərləri oxumaqdan bezmişəm. O, xarakterli insandı və paltardəyişmə otağında yaxşı davranır. Biz mükəmmək deyilik, insanıq. Bəzən səhv də edə bilərik. Ancaq bunu xarakterlə qarışdırmaq olmaz. Neymar gözəl ürəyə sahibdi”.

 

Baş məşqçinin çıxışı zamanı göz yaşlarını saxlaya bilməyən ulduz futbolçu ona təşəkkür edərək, konfrans zalını tərk edib.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10