[b]Pərviz Abdullayev nokautla qalib gəldi[/b]
11.11.2017 - 14:00
[b]Pərviz Abdullayev nokautla qalib gəldi[/b]

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, idmançımız ABŞ-ın Los Anceles şəhərində keçirilən ACB KB-12 turniri çərçivəsində qüvvəsini sınayıb.

 

77 kq çəki dərəcəsində çıxış edən Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşüb. Pərviz üç raund davam etməli olan qarşılaşmanı vaxtından əvvəl bitirib.

 

O, sonuncu hissədə rəqibini texniki nokautla məğlub edib.

 

0