[b]DÇ-2018: 28-ci xoşbəxt bəlli oldu[/b]
13.11.2017 - 01:45
[b]DÇ-2018: 28-ci xoşbəxt bəlli oldu[/b]

Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsində iştirak edəcək 32 komandadan 28-i artıq məlumdur. Apasport.az saytının məlumatına görə, hələlik son iki vəsiqəni Avropa zonası üzrə pley-off mərhləsində Şimali İrlandiyanı yolundan uzaqlaşdıran (1:0; 0:0) İsveçrə və Yunanıstandan üstün olan (4:1, 0:0) Xorvatiya qazanıb.

 

Geridə qalan 4 lisenziyanın 2-si Avropa zonası, daha 2-si qitələrarası oyunların qaliblərinə qismət olacaq.

 

Rusiyaya son biletlər aşağıdakı oyunlardan sonra sahbilərini tapacaq.

 
13 noyabr. İtaliya – İsveç (ilk oyun: 0:1)
14 noyabr. İrlandiya – Danimarka (ilk oyun: 0:0)
15 noyabr. Avstraliya – Honduras (ilk oyun: 0:0)
16 noyabr. Peru – Yeni Zelandiya (ilk oyun: 0:0)


Mundiala vəsiqəni təmin etmiş bütün komandaları təqdim edirik:

Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, Argentina, Braziliya, Misir, İran, Kolumbiya, Kosta-Rika, Meksika, Nigeriya, Panama, Səudiyyə Ərəbistanı, Uruqvay, Cənubi Koreya, Yaponiya, Seneqal, Tunis, Mərakeş, İsveçrə, Xorvatiya

0