[b]Muarem “Aktobe”yə lazım olmadı[/b]
13.11.2017 - 12:24
[b]Muarem “Aktobe”yə lazım olmadı[/b]

Yayda “Qarabağ”dan “Aktobe”yə keçən Muarem Muarem hazırkı komandasında çox qalmayacaq. Apasport.az saytı Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi makedoniyalı yarımmüdafiəçi ilə əməkdaşlığı davam etdirmək fikrində deyil.

 

Belə ki, “Aktobe” Muarem, həmçinin Kristian Kolçak, Jeremi Foq-Porrye, Duşan Saviç və Marko Obradoviçin xidmətindən növbəti mövsümdə yararlanmaq istəmir. Adıçəkilən futbolçuların komandanın düşərgəsindən artıq ayrıldığı bildirilir.

 

Məlumatı “Aktobe”nin baş direktoru Maksat Tyumaliyev də təkzib etməyib: “Kolçak, Foq-Porrye, Saviç, Obradoviç və Muarem böyük ehtimalla, gələn il bizim klubda olmayacaqlar".

 

Qeyd edək ki, 2012-2015 və 2016-2017-ci illərdə “Qarabağ”ın formasını geyinmiş Muarem Muarem Ağdam klubunun heyətində 4 dəfə Azərbaycan çempionu adını qazanıb. 

0