[b]Antirekord təhlükəsi[/b]
13.11.2017 - 14:44
[b]Antirekord təhlükəsi[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması tarixinin antirekorduna imza ata bilər. Apasport.az saytının məlumatına görə, AVRO-2019-un seçmə mərhələsində 5-ci matçını sabah keçirəcək yığmamız ən acınacaqlı nəticə ilə üz-üzədi.

 

Samir Ələkbərovun yetirmələri 6 komandanın mübarizə apardığı V qrupda sabah Kosovo ilə üz-üzə gələcək. Bu duellə yığmamız seçmə mərhələni yarılayacaq.

 

Əslində, komandamız üçün ilk dövrəni bitmiş saymaq olar. Lakin eyni rəqib – Almaniya ilə iki dəfə qarşılaşdığımızdan dövrə deyil, ilk yarının bitdiyini söyləmək mümkündü.

 

Komandamız seçmə mərhələnin ekvator xəttinə 4 məğlubiyyətlə və top fərqindəki “-16” ilə gedir. Hazırkı nəticə yalnız debet etdiyimiz AVRO-1996 ilə müqayisədə təsəlli verir. Həmin vaxt ilk yarını xalsız bitirən komandamızın top fərqi daha pis idi – “-17”.

 

Lakin sabah Kosovodan xal almaq mümkün olmasa, ən azı həmin antirekord təkrarlanacaq. Çünki xal almamaq üçün top fərqindəki mənfi də daha acınacaqlı olacaq. Bu da o deməkdi ki, məğlubiyyət antirekordla nəticələnəcək. Minimal fərqli yenilgi 23 il əvvəlki nəticənin təkrarı, daha böyük məğlubiyyət yeni antirekord olacaq.

 

Komandamızın ilk yarıdakı çıxışlarından söz düşmüşkən, debütü AVRO-1996-ya təsadüf edən yığmamız özünün 12-ci tsiklində mübarizə aparır. AVRO-1998-ə qatılmayan, AVRO-2007-də isə qrupda deyil, 2 oyunluq ilkin mərhələdə çıxış edən millimiz 11-ci dəfə dairəvi sistemlə mübarizə aparır. 5 dəfə beş komandalı qrupda qüvvəsini sınayan futbolçularımız 6-cı dəfə altı yığmanın yer aldığı qrupda çıxış edir. Bu üzdən ilk yarıdakı oyun sayları bəzən 4, bəzən 5, ilkin mərhələ zamanı 1-ə bərabərdi.

 

İlkin mərhələli AVRO-2007-ni saymasaq, yığmamız 4-cü dəfə ilk yarını xalsız tamamlamaq təhlükəsi ilə üzləşib. AVRO-1996, AVRO-2004 və AVRO-2011-də də oyunların ekvator xəttinə xal qazanmadan çatmışdıq. Lakin son iki uğursuzluq zamanı top fərqi daha yaxşı olub.

 

U-21 seçmə mərhələlərin ilk yarısında

 

AVRO-1996

5

0

0

5

3-20

-17

0

AVRO-2000

4

1

0

3

3-10

-7

3

AVRO-2002

5

1

1

3

3-13

-10

4

AVRO-2004

4

0

0

4

0-10

-10

0

AVRO-2006

5

0

1

4

0-9

-9

1

AVRO-2007*

1

0

0

1

0-3

-3

0

AVRO-2009

5

0

1

4

4-11

-7

1

AVRO-2011

4

0

0

4

3-10

-7

0

AVRO-2013

4

0

1

3

3-14

-11

1

AVRO-2015

4

1

1

2

5-10

-5

4

AVRO-2017

5

1

0

4

1-12

-11

3

AVRO-2019

4

0

0

4

3-19

-16

0

 

* - yığmamız qrupda deyil, ilkin mərhələdə çıxış edib.

 

0