[b]2017-ci ilin bombardirləri: Ronaldo ilk “üçlüy”ə düşmədi[/b]
13.11.2017 - 16:14
[b]2017-ci ilin bombardirləri: Ronaldo ilk “üçlüy”ə düşmədi[/b]

2017-ci ildə ən çox qol vuran futbolçuların adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, il hələ başa çatmasa da, yanvarın 1-dən bu günə qədər olan statistikaya əsasən, “Barselona”nın hücumçusu Lionel Messi hamını qabaqlayır.

 

Ulduz futbolçu klubunda və Argentina yığmasında ümumilikdə 51 qola imza atıb ki, bu, rəqibləri üçün əlçatmazdı. Messi bu toplardan 47-ni “Barsa”nın heyətində vurub ki, bu baxımdan da hamıdan öndədi.

 

Onu 47 qolla Polşa yığmasının və “Bavariya”nın forvardı Robert Levandovski izləyir. İlk “3-lüy”ü isə “Tottenhem”in və İngiltərə millisinin qol “silahı” Harri Keyn (45 qol) qapayır.

 

Maraqlıdı ki, FİFA tərəfindən ilin ən yaxşısı seçilən Kriştianu Ronaldo özünə yalnız 4-cü pillədə yer tapa bilib. Portuqaliyalı forvard millidə və klubda ümumilikdə 45 dəfə rəqib qapılarına yol tapıb.

 

Edinson Kavani, Pyerr-Emerik Obameyanq və Çiro İmmobile kimi ulduzların da qərarlaşdığı ilk “10-luq”da iki sürpriz oyunçu var. “Banqkok Yunayted”də çıxış edən Draqan Boşkoviç 37 matçda 41 qola imza ataraq 6-cı sırada qərarlaşıb. Bir vaxtlar “Trabzonspor” və “Kayserispor”da da çıxış etmiş Jaja Koelyo isə Tailan klubu “Buriram Yunayted”dəki məhsuldarlığı ilə diqqət çəkir.

 

“Beşiktaş”ın hücumçusu Cenk Tosun 2017-ci ildə 28 dəfə fərqlənməsinə baxmayaraq, ilk “20-lik”dən kənarda qalıb. Eran Zahavi, Serxio Aquero və Aleksandr Lakazettlə eyni sayda qol vuran Cenkin siyahıya düşə bilməməsinin səbəbi buna daha çox matçda nail olmasıdı.

 

 

Yer

Futbolçu

Klubda oyun

Klubda qol

Millidə oyun

Millidə qol

Ümumi oyun

Ümumi qol

1.

Lionel Messi

49

47

7

4

56

51

2.

Robert Levandovski

40

38

6

9

46

47

3.

Harri Keyn

36

38

6

7

42

45

4.

Kriştianu Ronaldo

40

34

11

11

51

45

5.

Edinson Kavani

43

42

8

2

51

44

6.

Draqan Boşkoviç

37

41

0

0

37

41

7.

Jaja Koelyo

49

38

0

0

49

38

8.

Pyerr-Emerik Obameyanq

41

35

4

2

45

37

9.

Çiro İmmobile

38

35

9

2

47

37

10.

Bas Dost

38

35

5

0

43

35

11.

Romelu Lukaku

37

27

8

8

45

35

12.

Edin Dzeko

41

31

6

3

47

34

13.

Dris Mertens

42

31

9

2

51

33

14.

Radamel Falkao

38

29

5

3

43

32

15.

Conas

40

31

0

0

40

31

16.

Vinsen Abubakar

43

26

14

5

57

31

17.

Albert Prosa

39

30

0

0

39

30

18.

Eran Zahavi

32

28

3

0

35

28

19.

Serxio Aquero

37

27

3

1

40

28

20.

Aleksandr Lakazett

37

28

5

0

42

28

 

0