[b]“Zirə” toplanış üçün məkan seçdi[/b]
13.11.2017 - 16:59
[b]“Zirə” toplanış üçün məkan seçdi[/b]

“Zirə” klubunun qış təlim-məşq toplanışını hansı ölkədə keçirəcəyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Türkiyəyə yollanacaq.

 

Adətən Bolu şəhərini özünə məkan seçən “Zirə” bu dəfə Antalyaya üstünlük verəcək. Bu isə Antalyanın hava şəraitinin qışda daha münasib olmasıdı.

 

Toplanışın hansı tarixlərdə baş tutacağı isə hələlik dəqiqləşməyib. Ayxan Abbasovun yetirmələri qardaş ölkəyə yanvarın sonunda getməyi planlaşdırırlar.

 

Qeyd edək ki, Azərbaycan çempionatında 11 turdan sonra 24 xal toplayan “Zirə” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.   

0