[b]Droqba gedəcəyi vaxtı açıqladı[/b]
14.11.2017 - 01:15
[b]Droqba gedəcəyi vaxtı açıqladı[/b]

Didye Droqba karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Apasport.az saytının məlumatına görə, afrikalı hücumçu bu barədə “Ekip” nəşrinə açıqlama verib.

 

Hazırda karyerasını ABŞ-ın 3-cü liqa təmsilçisi “Finiks Rayzinq”də davam etdirən Droqba 2018-ci ildə futbolla birdəfəlik vidalaşmağı düşünür.

 

“Yəqin ki, növbəti ilə mənim üçün sonuncu olacaq. Hardasa dayanmaq lazımdı” – deyə 39 yaşlı forvard bildirib.

 

Qeyd edək ki, karyerasının böyük qismini “Çelsi”də keçirmiş Didye London təmsilçisi ilə 4 dəfə Premyer Liqa, bir dəfə Çempionlar Liqası çempionu olub. 

0