SİZİN REKLAM BURADA

Kosovolular millimizlə oyun haqda: Müdafiə futbolu...

“İsrailə məğlubiyyəti artıq unutmuşuq. Komandada ab-hava yüksəkdi”. Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Kosovo millisinin kapitanı Ardian İsmayli deyib.

 

Kosovo Futbol Federasiyasının rəsmi saytına danışan müdafiəçi DÇ-2019-un seçmə mərhələsində Azərbaycanla bu gün keçiriləcək oyun barədə danışıb. O, qələbə qazanacaqlarına inandığını söyləyib: “Azarkeşlərimizə qələbə sevinci yaşatmaq istəyirik. Çünki ev matçındakı dəstəyə görə onlara borcluyuq. Açığı, bunu reallaşdırmaq çətin olacaq. Ancaq hesab edirəm ki, diqqətli oynasaq, istəyimizə çatacağıq”.

 

Rəqibin yarımmüdafiəçisi Rron Broxa isə onları ağır matçın gözlədiyini vurğulayıb: “İsrailə acınacaqlı məğlubiyyət əhvalımızı korladı. Amma bundan sonra qələbə qazanmaq üçün hamımızın bir səbəbi var. Azərbaycan qrupda son pillədə qərarlaşmasına baxmayaraq, kiçildiləcək rəqib deyil. Lakin göstərməliyik ki, keyfiyyətli komandayıq və istənilən rəqiblə səfərdə başabaş mübarizə aparacaq gücdəyik”.

 

Digər yarımmüdafiəçi Florian Luşay isə noyabrın 9-da İsrailə 0:4 hesabı ilə məğlub olduqları görüşdə buraxdıqları səhvlərin təkrarlanmamasının vacibliyini ifadə edib: “Son oyunla müqayisədə bəzi məqamları düzəltməliyik. İsraillə qarşılaşmada öhdəliyimiz böyük idi. Ancaq müdafiədə daha yaxşı oynamağı gözləyirik. Bu üzdən Azərbaycan önündə müdafiə futbolçu göstərəcəyik və əlimizə düşən əks-hücumlardan yararlanmağa çalışacağıq. Əgər hesabda önə keçsək, oyuna nəzarət etməkdə çətinlik çəkməyəcəyik. Meydana çıxan 11 nəfər sona qədər mübarizə aparmalıdı. Biri səhvə yol versə, digəri sığortalamalıdı”.

 

Qeyd edək ki, 18:00-da start götürəcək Azərbaycan – Kosovo oyunu “Dalğa Arena”da keçiriləcək.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10