SİZİN REKLAM BURADA

Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı

21 yaşlılardan ibarət yığmamızın və “Neftçi”nin futbolçusu Elnur Cəfərov yenidən gündəmə gəlib. Apasport.az xəbər verir ki, bəstəboy hücumçu bu dəfə də oyunu ilə yox, özünü apara bilməməyi ilə seçilib.


Noyabrın 8-də evdə Almaniyadan alınan 0:7 hesablı yenilgidə 90 dəqiqə meydanda olan Elnur 5 gün ərzinə ikinci dəfə sosial şəbəkədə diqqəti cəlb edib. Fiaskodan bir gün sonra bahalı maşında gülə-gülə şəklini paylaşan millimizin 20 yaşlı “qoçu”su indi də onun çıxışından narazı olan azarkeşi təhqir edərək, söhbətə çağırıb.


Ümumiyyətlə, “İnstagram” hesabında tez-tez türmə həyatı, tin söhbətləri kimi paylaşımlar edən Cəfərovdan bundan artığını gözləmirdik də... Mövsümün əvvəlində oyunsonrası brifinqlərin birində peşəkarlıqdan dəm vuran Cəfərov yaxşısı budu fikrini başqa şeylərə yönəltsin. Elnur, təsbehini qoy qabağına fikirləş. Bunun üçün kifayət qədər səbəbin də var: “Tondella”dan tutmuş “Duqopolye”yə qədər. (Futbol11)

 

Fotosessiya
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10