SİZİN REKLAM BURADA

İbrahimoviç yığmaya qayıdır? – baş məşqçi açıqladı

DÇ-2018-in pley-off mərhələsində İtaliyanı üstələyərək mundiala vəsiqə qazanan İsveç yığmasında Zlatan İbrahimoviçin dönüşü müzakirə mövzusuna çevrilib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, skandinaviyalıların baş məşqçisi Yanne Andersson bu məsələyə öz münasibətini bildirib.

 

O, İbrahimoviçi milliyə çağırmağı düşünmədiyini dolayı yolla çatdırıb: “Bu, inanılmazdı. İbrahimoviç il yarım əvvəl yığma karyerasını başa vurub. Ancaq biz hələ də bu barədə danışırıq. İndi bu komandada olan böyük futbolçular haqda danışmalıyıq. Bu gün çox qəhrəmanımız var və onlardan razıyam. İbrahimoviç komandada olanda fərqli sistemdə çıxış edirdik. O, yığmadan getdikdən sonra yeni stil tapdıq və buna uyğunlaşdıq. Ancaq yenə də Zlatan əla futbolçudu”.

 

Qeyd edək ki, Zlatan İbrahimoviç ötənilki Avropa çempionatından sonra milli karyerasını başa vurub.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10