[b]Mundialdan kənar qalan nəhənglər üçün təsəlli[/b]
14.11.2017 - 18:23
[b]Mundialdan kənar qalan nəhənglər üçün təsəlli[/b]

İngiltərə milli komandasının DÇ-2018-ə hazırlıq məqsədi ilə keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən ikisi bəlli olub. Apasport.az saytının məlumatına görə, futbolun yaradıcıları mundaildan kənar qalan nəhənglərlə qarşılaşmağı məqsədəuyğun sayıb.

 

Böyük britaniyalılar 2018-ci ilin martında İtaliya və Hollandiyanı sınağa çəkəcəklər. Qaret Sautqeytin yetirmələri ayın 23-də Amsterdamda “narıncılar”ın qonağı olacaqlar. İngilislər martın 27-də isə “Uembli”də İtaliyanı qəbul edəcəklər.

 

Qeyd edək ki, adlı-sanlı rəqiblərlə qarşılaşmağa üstünlük verən İngiltərə millisi 2017-ci ildəki son matçını bu gün Braziliyaya qarşı keçirəcək. 

0