SİZİN REKLAM BURADA

“Hələ tam formalaşmamışıq” – İlkin Sadıqov

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində evdə Kosovo ilə qolsuz heç-heçə edən Azərbaycan yığmasının hücumçusu İlkin Sadıqov oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Sanki oyuna əsəbi çıxmışdın. Qırmızı vərəqə almağının səbəbi nə idi?

- Əsəbi deyildim. Sadəcə zədəm var idi, ola bilsin, onun təsiri olub. Komandama kömək eləmək istəyirdim, ancaq alınmadı.

 

- Siz də razısınız ki, U-21-də sanki çox dağınıqlıq, pərakəndəlik var?

- Komanda hələ tam olaraq formalaşmayıb. Toplanışlar da gec-gec olur. Zamanla düzələcəyinə ümid edirəm.

 

- Sonuncu dəqiqədə əlverişli vəziyyəti boşa verdin...

- Mən də istəyirdim qol olsun. Vurdum, qapıçı imkan vermədi qola.

 

- Sonra da bu zərbənin hirsini rəqib müdafiəçidən çıxdın...

- Elə deməzdim. İstəyərək olmadı.

 

- Kosovo ilə oyundakı bir xalı uğur saymaq olar?

- Normalda biz bu oyunda qalib gəlməli idik, ona görə bu nəticəni uğurlu saymaq olmaz. Ancaq iki qırmızı vərəqəni düşünəndə, pis nəticə deyil.

 

- Həm Almaniya, həm də Kosovo ilə oyunu Qurban Qurbanov da izləyirdi. Belə olan halda futbolçular özlərini göstərmək üçün daha çox çalışmaq əvəzinə, sanki çox istəksiz idilər...

- Açığı, uduzmağı heç kim istəmir, ancaq Almaniya bizdən qat-qat güclü komandadı. Bu oyunda isə həvəsli olsaq da, alınmadı.

 

- Almaniyaya ağır məğlubiyyətdən sonra sizinlə görüşən, təsəlli verən oldu?

 - Məşqçilərimiz danışdılar, bu oyun üçün motivasiya verdilər. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10